Spiker Pelosi Trampı ABŞ üçün təhlükəli adlandırıb
14-01-2021, 07:27. Разместил: heqiqet
Spiker Nensi Pelosi (demokrat, Kaliforniya ştatı) ABŞ Nümayəndələr Palatasında dövlət başçısının impiçmentinə dair iclasda belə açıqlama verib.
"ABŞ prezidentinin bu iğtişaşı, ölkəmizə qarşı bu silahlı üsyanı başlatdığını bilirik. O getməlidir. O hamımızın sevdiyimiz ölkə üçün açıq və təcili bir təhlükə yaradır" - Pelosi deyib.
"Prezidentə impiçment tətbiq olunmalıdır. Hesab edirəm ki, prezident Senat tərəfindən təqsirli bilinməlidir. [İmpiçment] Bizə əziz olanı məhv etmək əzmindəki bir insandan ölkənin xilas olacağına zəmanət verən konstitusiya vasitəsidir" - spiker əlavə edib.
Xatırladaq ki, yanvarın 6-da Trampın tərəfdarları ABŞ Konqresinə girərək Cozef Baydenin qazandığı 3 noyabr prezident seçkilərinin nəticələrinin təsdiqlənməsinə mane olmağa çalışıblar. Konqresdəki Demokratlar Trampı qiyam qaldırmaqda günahlandırıb və onun hakimiyyətdən uzaqlaşdırılmasını istəyiblər.
Вернуться назад