Spiker Pelosi Trampı ABŞ üçün təhlükəli adlandırıb14-01-2021, 07:27
Çap et Spiker Nensi Pelosi (demokrat, Kaliforniya ştatı) ABŞ Nümayəndələr Palatasında dövlət başçısının impiçmentinə dair iclasda belə açıqlama verib. "ABŞ prezidentinin bu iğtişaşı, ölkəmizə qarşı bu silahlı üsyanı başlatdığını bilirik. O getməlidir. O hamımızın sevdiyimiz ölkə üçün açıq və təcili bir təhlükə yaradır" - Pelosi deyib. "Prezidentə impiçment tətbiq olunmalıdır. Hesab edirəm ki, prezident Senat tərəfindən təqsirli bilinməlidir. [İmpiçment] Bizə əziz olanı məhv etmək əzmindəki bir insandan ölkənin xilas olacağına zəmanət verən konstitusiya vasitəsidir" - spiker əlavə edib. Xatırladaq ki, yanvarın 6-da Trampın tərəfdarları ABŞ Konqresinə girərək Cozef Baydenin qazandığı 3 noyabr prezident seçkilərinin nəticələrinin təsdiqlənməsinə mane olmağa çalışıblar. Konqresdəki Demokratlar Trampı qiyam qaldırmaqda günahlandırıb və onun hakimiyyətdən uzaqlaşdırılmasını istəyiblər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
