Demo Sayt » dunya » İƏT Trampı Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan çəkinməyə çağırıb


İƏT Trampı Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan çəkinməyə çağırıb

5-12-2017, 09:53
Çap et
İƏT Trampı Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan çəkinməyə çağırıb İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr ABŞ prezidenti Trampı Qüdsü İsrailin paytaxtı kimi tanımaqdanvə ölkə səfirliyini Qüdsə köçürməkdən çəkinməyə çağırıblar.
Bu barədə "Associated Press” məlumat verib.
İƏT-dən bildiriblər ki, quruma üzv 57 dövlət səfirliyini Tel-ƏvivdənQüdsə köçürəcəyi ölkə ilə əlaqələri tam kəsməli olacaq.
"Bu addım bütün ərəb ölkələri və müsəlman dünyasına qarşı açıq təcavüz kimi qiymətləndiriləcək”, təşkilatın yaydığı açıqlamada bildirilib.
Dekabrın 6-da ABŞ prezidenti Donald Tramp tərəfindənQüdsün İsrailin paytaxtı kimi tanınmasına dair bəyanat verəcəyi gözlənilir.
Reytinq: