Demo Sayt » dunya » Siyasi rəqibi Trampı axmaq adlandırdı


Siyasi rəqibi Trampı axmaq adlandırdı

27-05-2020, 07:56
Çap et
Siyasi rəqibi Trampı axmaq adlandırdı ABŞ-da Demokrat Partiyasını təmsil edən prezidentliyə namizəd Co Bayden Donald Trampı axmaqadlandırıb.
O, bu barədə CNN-ə verdiyi müsahibəsində deyib.
Baydenin fikrincə, Tramp koronavirus pandemiyasının fonunda yalançı kişilik nümayiş etdirir.
O, bunu Trampın "Anım Günü” mərasimində maskasız görünməsi ilə izah edib.
Həmin mərasimdə Bayden maska ​​və eynək taxıb.
"O,əsl axmaqdır... Prezidentlər ölkəyə rəhbərlik etməli, axmaqlıqla məşğul olmamalı və yalançı kişilik göstərməməlidir. Bu, insanların həyatı bahasına başa gəlir”, - deyə Bayden bildirib.
Reytinq: