İranda inqilabın ildönümü ilə bağlı yürüşlər bu il fərqli keçirilir
10-02-2021, 07:48. Разместил: heqiqet
Koronavirus pandemiyası ilə əlaqədar İranda İslam İnqilabı yürüşlərinin əhalinin iştirakı ilə kütləvi şəkildə keçirilməsinə icazə verilməyib. Yürüş yerli vaxtla saat 10-da başlanacaq.
İranda İslam İnqilabının qələbəsinin 42-ci illiyi ilə əlaqədar bütün tədbirlərin onlayn şəkildə keçirilməsi və televiziya vasitəsi ilə yayımlanmasına qərar verilib.
Ötən gecə də İranda İslam İnqilabının 42-ci illiyi ilə əlaqədar müxtəlif atəşfəşanlıqlar olub.
Qeyd edək ki, İranda Ayətullah Seyid Ruhulla Xomeyninin başçılıq etdiyi İslam İnqilabı 1979-cu il 11 fevralda qələbə çalıb və İranda şahlıq rejimi devrilib.
Вернуться назад