Demo Sayt » dunya » İranda inqilabın ildönümü ilə bağlı yürüşlər bu il fərqli keçirilir


İranda inqilabın ildönümü ilə bağlı yürüşlər bu il fərqli keçirilir

10-02-2021, 07:48
Çap et
İranda inqilabın ildönümü ilə bağlı yürüşlər bu il fərqli keçirilir Bu gün İranda İslam İnqilabının 42-ci illiyi ilə əlaqədar yürüşlər simvolik olaraq avtomobil və motosikletlərlə keçiriləcək.
Koronavirus pandemiyası ilə əlaqədar İranda İslam İnqilabı yürüşlərinin əhalinin iştirakı ilə kütləvi şəkildə keçirilməsinə icazə verilməyib. Yürüş yerli vaxtla saat 10-da başlanacaq.
İranda İslam İnqilabının qələbəsinin 42-ci illiyi ilə əlaqədar bütün tədbirlərin onlayn şəkildə keçirilməsi və televiziya vasitəsi ilə yayımlanmasına qərar verilib.
Ötən gecə də İranda İslam İnqilabının 42-ci illiyi ilə əlaqədar müxtəlif atəşfəşanlıqlar olub.
Qeyd edək ki, İranda Ayətullah Seyid Ruhulla Xomeyninin başçılıq etdiyi İslam İnqilabı 1979-cu il 11 fevralda qələbə çalıb və İranda şahlıq rejimi devrilib.
Reytinq: