DataLife Engine > dunya > Çin elektrik təyyarələri istehsal edəcək

Çin elektrik təyyarələri istehsal edəcək


11-03-2016, 11:52. Разместил: heqiqet Çin elektrik təyyarələri istehsal edəcək Çinin Baş Mülki Aviasiya İdarəsi "RXİE" adli ilk elektrik təyyarəsinin ölkədə istifadəsinə icazə verib.
Bu təyyarə havada 60 dəqiqə qala bilər, sürəti isə 120 km/saat olacaq.
Təyyarənin istehsalçısı olan "Ruixiang" şirkəti bəyan edib ki, uçaq pilotların təlimləri və hava üzərindən ekskursiyaları keçirmək üçün ideal vasitədir. Hazırda təyyarələrin 4-ü istismardadır və 20-nin istehsalı üzrə işlər gedir.
Daha öncə Çinin "Yihang" şirkəti bir sərnişinin daşımasını nəzərdə tutan ilk pilotsuz kvadrokopteri (uçaq aparatı) təqdim edib. Elektrik akkumulyator əsasında çalışan pilotsuz mini-təyyarə ümümi 100 kiloqram çəkisində olan insan və baqajı qaldırmaq iqtidarındadır.
İki saat ərzində enerji yığandan sonra kvadrokopter havada 100 km/saat sürətlə 23 dəqiqə uça bilir. "Yihang-184" adlı mini-təyyarənin qiyməti 200-300 min dollar arasında olacaq.





Вернуться назад