Çin elektrik təyyarələri istehsal edəcək11-03-2016, 11:52
Çap et Bu təyyarə havada 60 dəqiqə qala bilər, sürəti isə 120 km/saat olacaq. Təyyarənin istehsalçısı olan "Ruixiang" şirkəti bəyan edib ki, uçaq pilotların təlimləri və hava üzərindən ekskursiyaları keçirmək üçün ideal vasitədir. Hazırda təyyarələrin 4-ü istismardadır və 20-nin istehsalı üzrə işlər gedir. Daha öncə Çinin "Yihang" şirkəti bir sərnişinin daşımasını nəzərdə tutan ilk pilotsuz kvadrokopteri (uçaq aparatı) təqdim edib. Elektrik akkumulyator əsasında çalışan pilotsuz mini-təyyarə ümümi 100 kiloqram çəkisində olan insan və baqajı qaldırmaq iqtidarındadır. İki saat ərzində enerji yığandan sonra kvadrokopter havada 100 km/saat sürətlə 23 dəqiqə uça bilir. "Yihang-184" adlı mini-təyyarənin qiyməti 200-300 min dollar arasında olacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
