Moskvada imam terrorizmə haqq qazandırmaqda təqsirli bilinir
12-07-2016, 17:08. Разместил: heqiqet
Rusiyada imama qarşı terrorizmə ictimai şəkildə haqq qazandırma ittihamı irəli sürülüb.Rusiya İstintaq Komitəsinin Moskva İdarəsinin rəsmi nümayəndəsi Yuliya İvanova bildirib ki, 2013-cü il sentyabrın 23-də imam Mahmud Velitov Moskvanın Xaçaturyan küçəsində yerləşən “Yardyam” məscidində dua zamanı ictimai şəkildə “Hizb ut-Təhrir əl-İslam” terror təşkilatının üzvlərindən birinin fəaliyyətinə haqq qazandıran nitq söyləyib: “İmamın əməli ilə bağlı iş araşdırılır. O, “Terrorizmə ictimai şəkildə haqq qazandırma” maddəsi ilə cinayət törətməkdə təqsirli bilinir”.
Psixoloji-linqvistik məhkəmə tibbi ekspertizasının nəticəsinə əsasən, sözügedən nitqdə terror fəaliyyətinə haqq vermənin psixoloji və linqvistik əlamətləri əksini tapıb.
İstintaq imamın ev dustaqlığında saxlanması barədə vəsatət irəli sürüb.
Вернуться назад