Moskvada imam terrorizmə haqq qazandırmaqda təqsirli bilinir12-07-2016, 17:08
Çap et Rusiyada imama qarşı terrorizmə ictimai şəkildə haqq qazandırma ittihamı irəli sürülüb.Rusiya İstintaq Komitəsinin Moskva İdarəsinin rəsmi nümayəndəsi Yuliya İvanova bildirib ki, 2013-cü il sentyabrın 23-də imam Mahmud Velitov Moskvanın Xaçaturyan küçəsində yerləşən “Yardyam” məscidində dua zamanı ictimai şəkildə “Hizb ut-Təhrir əl-İslam” terror təşkilatının üzvlərindən birinin fəaliyyətinə haqq qazandıran nitq söyləyib: “İmamın əməli ilə bağlı iş araşdırılır. O, “Terrorizmə ictimai şəkildə haqq qazandırma” maddəsi ilə cinayət törətməkdə təqsirli bilinir”. Psixoloji-linqvistik məhkəmə tibbi ekspertizasının nəticəsinə əsasən, sözügedən nitqdə terror fəaliyyətinə haqq vermənin psixoloji və linqvistik əlamətləri əksini tapıb. İstintaq imamın ev dustaqlığında saxlanması barədə vəsatət irəli sürüb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Rusiyada imama qarşı terrorizmə ictimai şəkildə haqq qazandırma ittihamı irəli sürülüb.