Yanukoviç video konfrans rejimində dindiriləcək
24-11-2016, 09:50. Разместил: heqiqet
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin video konfrans rejimində dindirilməsini 286 jurnalist işıqlandıracaq“112 Ukrayna” telekanalının verdiyi xəbərə görə, bu barədə Kiyevin Svyatoşinsk rayon məhkəməsindən bildiriblər.
Məlumata əsasən, V.Yanukoviç “Berkut” xüsusi təyinatlı milis dəstəsinin 5 sabiq əməkdaşının işi üzrə şahid qismində dindiriləcək. Məhkəmənin noyabrın 25-də keçiriləcəyi planlaşdırılır.
Xatırladaq ki, 2014-cü ildə ləğv edilən “Berkut” Ukraynadakı kütləvi etiraz aksiyalarının iştirakçılarına güc tətbiq edən əsas struktur olub.
Вернуться назад