Demo Sayt » dunya » Yanukoviç video konfrans rejimində dindiriləcək


Yanukoviç video konfrans rejimində dindiriləcək

24-11-2016, 09:50
Çap et
Yanukoviç video konfrans rejimində dindiriləcək Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin video konfrans rejimində dindirilməsini 286 jurnalist işıqlandıracaq
“112 Ukrayna” telekanalının verdiyi xəbərə görə, bu barədə Kiyevin Svyatoşinsk rayon məhkəməsindən bildiriblər.
Məlumata əsasən, V.Yanukoviç “Berkut” xüsusi təyinatlı milis dəstəsinin 5 sabiq əməkdaşının işi üzrə şahid qismində dindiriləcək. Məhkəmənin noyabrın 25-də keçiriləcəyi planlaşdırılır.
Xatırladaq ki, 2014-cü ildə ləğv edilən “Berkut” Ukraynadakı kütləvi etiraz aksiyalarının iştirakçılarına güc tətbiq edən əsas struktur olub.
Reytinq: