İndoneziyada İŞİD-ə qoşulmaq istəyən 7 nəfər saxlanılıb29-09-2016, 09:41
Çap et İndoneziyada İŞİD terror qruplaşmasına qoşulmaq üçün Suriyaya getmək istəyən 7 nəfər saxlanılıb.Onların paytaxt Cakartanın beynəlxalq hava limanında saxlanıldığı bildirilir. “İndoneziyada 2003-cü ildə qəbul edilən “Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna əsasən, tutulanların yalnız 3-ə qarşı müvafiq ittiham irəli sürüləcək. Digər 4 nəfər şahid qismində dindiriləcək. Terrorizmlə mübarizəni gücləndirmək məqsədilə yaxın zamanlarda adıçəkilən qanuna dəyişikliklərin edilməsi nəzərdə tutulub ”, deyə yerli polis nümayəndəsi bildirib. Qeyd edək ki, yanvarın 14-də Cakartada törədilən hücum nəticəsində 2 nəfər ölmüş, 5 terrorçu məhv edilmişdi. Hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürmüşdü. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

İndoneziyada İŞİD terror qruplaşmasına qoşulmaq üçün Suriyaya getmək istəyən 7 nəfər saxlanılıb.