Tehranda binanın dağılması nəticəsində xəsarət alanların sayı 200-ə yaxınlaşır
23-01-2017, 13:09. Разместил: heqiqet
Bunu IRNA agentliyinə müsahibəsində şəhər Xilasetmə Xidməti İdarəsinin əməkdaşı Həsən Abbasi deyib.
Xilasedicinin sözlərinə görə, ümumilikdə 194 nəfər xəsarət alıb, onlardan 44-ü xəstəxanaya yerləşdirilib:
Qeyd edək ki, yanvarın 19-da Tehranın ən köhnə göydələni olan bu 17 mərtəbəli binada yanğın baş vermiş və tikili dağılmışdı. Hadisə vaxtı binada çox sayda yanğınsöndürən olub. Bundan əvvəl 7 nəfərin öldüyü, 84 nəfərin xəsarət aldığı bildirilirdi.
Вернуться назад