Demo Sayt » dunya » Tehranda binanın dağılması nəticəsində xəsarət alanların sayı 200-ə yaxınlaşır


Tehranda binanın dağılması nəticəsində xəsarət alanların sayı 200-ə yaxınlaşır

23-01-2017, 13:09
Çap et
Tehranda binanın dağılması nəticəsində xəsarət alanların sayı 200-ə yaxınlaşır İranın paytaxtı Tehranda çoxmərtəbəli binanın dağılması nəticəsində xəsarət alanların sayı 200-ə yaxınlaşıb.
Bunu IRNA agentliyinə müsahibəsində şəhər Xilasetmə Xidməti İdarəsinin əməkdaşı Həsən Abbasi deyib.
Xilasedicinin sözlərinə görə, ümumilikdə 194 nəfər xəsarət alıb, onlardan 44-ü xəstəxanaya yerləşdirilib:
Qeyd edək ki, yanvarın 19-da Tehranın ən köhnə göydələni olan bu 17 mərtəbəli binada yanğın baş vermiş və tikili dağılmışdı. Hadisə vaxtı binada çox sayda yanğınsöndürən olub. Bundan əvvəl 7 nəfərin öldüyü, 84 nəfərin xəsarət aldığı bildirilirdi.
Reytinq: