Əsəd rejimi ilə müxalifət RAZILAŞDI
17-02-2017, 16:11. Разместил: heqiqet
Danışıqlara Bəşər Əsəd rejimi və Suriya müaxalifətinin ayrı-ayrı qrupları arasında ilkin razılaşma sənədi hazırlanıb. Bu barədə Rusiya silahlı qüvvələrinin general-mayoru Sergey Afanasyev açıqlama verib. Sənəd ölmüş döyüşçülərin meyitlərinin dəyişdirilməsini və humanitar yardımın çatdırılmasını nəzərdə tutur.
“Heç də asan keçməyən danışıqların gedişində zorakılıqla saxlanılan şəxslərin, ilk növbədə isə qadınların və uşaqların dəyişdirilməsi mexanizminin formalaşdırılmasına nail olundu. Biz Suriya əhalisinə humanitar yardımın çatdırılması məsələsini müzakirə etdik. Hər şeydən əvvəl humanitar yardımın çatdırılmasında məhdidiyyətlərin olduğu yaşayış məntəqələrindən söz açıldı ”,- deyə general vurğulayıb.
Вернуться назад