Demo Sayt » dunya » Əsəd rejimi ilə müxalifət RAZILAŞDI


Əsəd rejimi ilə müxalifət RAZILAŞDI

17-02-2017, 16:11
Çap et
Əsəd rejimi ilə müxalifət RAZILAŞDI Qazaxıstanın paytaxtı Asatana şəhərində Suriya münaqişənin nizamlanmasına dair danışıqlar prosesinin növbəti mərhələsi başa çatıb. Rusiya, Türkiyə və İranın vasitəçiliyi ilə təşkil olunan müzakirələrdə ABŞ-ın da nümayəndəsi iştirak edib.
Danışıqlara Bəşər Əsəd rejimi və Suriya müaxalifətinin ayrı-ayrı qrupları arasında ilkin razılaşma sənədi hazırlanıb. Bu barədə Rusiya silahlı qüvvələrinin general-mayoru Sergey Afanasyev açıqlama verib. Sənəd ölmüş döyüşçülərin meyitlərinin dəyişdirilməsini və humanitar yardımın çatdırılmasını nəzərdə tutur.
“Heç də asan keçməyən danışıqların gedişində zorakılıqla saxlanılan şəxslərin, ilk növbədə isə qadınların və uşaqların dəyişdirilməsi mexanizminin formalaşdırılmasına nail olundu. Biz Suriya əhalisinə humanitar yardımın çatdırılması məsələsini müzakirə etdik. Hər şeydən əvvəl humanitar yardımın çatdırılmasında məhdidiyyətlərin olduğu yaşayış məntəqələrindən söz açıldı ”,- deyə general vurğulayıb.
Reytinq: