Bakı-Sumqayıt yolundakı qəzada ölənlərin sayı 3-ə çatdı, hamısı tələbədir
9-03-2017, 10:09. Разместил: heqiqet
Səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakıdan Sumqayıta hərəkət edən sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində baş verib.Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 3 nəfər hadisə yerində dünyasını dəyişib. Ölənlərin hər 3-ü tələbədir. Xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyətləri ağırdır.
Avtobusun sərnişinlərinin hamısının tələbə olduğu bildirilir. Belə ki, qəzaya uğramış "Ford-tranzit" markalı mikroavtobus tələbələri Sumqayıt Dövlər Universitetinə aparırmış.
***
Mikroavtobusun yük maşınına çırpılması nəticəsində xəsarət alan 17 nəfər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onların adları bunlardır:
Babayev Orxan
Mirzəyeva Mina
Qocayev Nicat
Cəfərova Aytən
Əsgərli Oqtay
Fərzəliyeva Xavər
Tağıyev Samir
Cəbiyev Əfsər
Manafov Bəybala
Kərimova Təranə
Həsənov Elgiz
Məmmədov Məhəmməd
Quluzadə Aytən
Baxışova İlahə
Əmani Abbas
Əliyev Elvin
Mürsəlzdə Aydan
4 nəfər isə Kliniki Tibbi Mərkəzə aparılıb. Onlardan Rəşad Canıyev xəstəxanada vəfat edib. 1 nəfər ambulator müalicəyə yazılıb. Emin Həmidov və Lalə Nəsibzadə isə reanimasiyaya yerləşdirilib. L.Nəsibzadə əməliyyat edilib, vəziyyəti kritikdir.
Вернуться назад