Bakı-Sumqayıt yolundakı qəzada ölənlərin sayı 3-ə çatdı, hamısı tələbədir9-03-2017, 10:09
Çap et Səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakıdan Sumqayıta hərəkət edən sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində baş verib.Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 3 nəfər hadisə yerində dünyasını dəyişib. Ölənlərin hər 3-ü tələbədir. Xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyətləri ağırdır. Avtobusun sərnişinlərinin hamısının tələbə olduğu bildirilir. Belə ki, qəzaya uğramış "Ford-tranzit" markalı mikroavtobus tələbələri Sumqayıt Dövlər Universitetinə aparırmış. *** Mikroavtobusun yük maşınına çırpılması nəticəsində xəsarət alan 17 nəfər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onların adları bunlardır: Babayev Orxan Mirzəyeva Mina Qocayev Nicat Cəfərova Aytən Əsgərli Oqtay Fərzəliyeva Xavər Tağıyev Samir Cəbiyev Əfsər Manafov Bəybala Kərimova Təranə Həsənov Elgiz Məmmədov Məhəmməd Quluzadə Aytən Baxışova İlahə Əmani Abbas Əliyev Elvin Mürsəlzdə Aydan 4 nəfər isə Kliniki Tibbi Mərkəzə aparılıb. Onlardan Rəşad Canıyev xəstəxanada vəfat edib. 1 nəfər ambulator müalicəyə yazılıb. Emin Həmidov və Lalə Nəsibzadə isə reanimasiyaya yerləşdirilib. L.Nəsibzadə əməliyyat edilib, vəziyyəti kritikdir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakıdan Sumqayıta hərəkət edən sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində baş verib.