Qadını fotoları ilə şantaj edənlərə 3 HƏBS
3-04-2017, 13:46. Разместил: heqiqet
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən O, Sultanlı və F. Nəcəfovun hər biri 3 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, 2015-ci ilin sentyabrında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Fəqan Nəcəfov və Orxan Sultanov tutulub. Onlar paytaxt sakini Əfsanə Abbasovaya məxsus fotoşəkilləri internetdə yayacaqlarını ilə hədə-qorxu gələrək, şantaj edərək onun 700 dollar pulunu alıblar.
Вернуться назад