Qadını fotoları ilə şantaj edənlərə 3 HƏBS3-04-2017, 13:46
Çap et Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən O, Sultanlı və F. Nəcəfovun hər biri 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Qeyd edək ki, 2015-ci ilin sentyabrında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Fəqan Nəcəfov və Orxan Sultanov tutulub. Onlar paytaxt sakini Əfsanə Abbasovaya məxsus fotoşəkilləri internetdə yayacaqlarını ilə hədə-qorxu gələrək, şantaj edərək onun 700 dollar pulunu alıblar. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
