46 manata görə 6 il həbsdə qalacaq29-04-2015, 18:55
Çap et ![]() Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Bakı şəhər sakini Arif İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Heqiqet.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə A.İsgəndərov 6 il müddətə azadlıqdan məhrum edilib. Qeyd edək ki, quldurluq hadisəsi keçən il Q.Qarayev prospektində qeydə alınıb. Beyləqan rayon sakini Cəfər Həsənov həmin ünvanda hücuma məruz qalıb. Həmin şəxs Cəfər Həsənova hədə-qorxu gələrək 46 manatını alıb. Cəfər Həsənov quldurluq hadisəsi ilə üzləşməsi ilə bağlı 25-ci polis bölməsinə şikayət edib. O, şikayətində bildirib ki, ona qarşı quldurluq edən Arif adlı şəxs olub. Onun şikayəti əsasında polis əməkdaşları tərəfindən əməliyyat keçirilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Arif İsgəndərov həbs edilib. Arif İsgəndərovun bundan əvvəl soyğunçuluq cinayəti törətdiyi üçün məhkum olunduğu bildirilir. Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

