Anasını boğaraq öldürən gənc MƏHKƏMƏ QARŞISINDA22-04-2015, 20:35
Çap et ![]() Ağır Cinayətlər Məhkəməsində anasını boğaraq öldürməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü Hümbət Nağızadənin cinayət işi üzrə məhkəmə prosesinə start verilib. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı mayın 1-ə təyin olunub. Qeyd edək ki, hadisə keçən il Xırdalan şəhəri 27-ci məhəllədə qeydə alınıb. Həmin ünvanda yaşayan, 1992-ci il təvəllüdlü Hümbət Elşən oğlu Nağızadə qısqanclıq zəminində anası, 1971-ci il təvəllüdlü Fatimə Oruc qızı Qurbanovanı boğaraq öldürüb. Hadisəni törədən H. Nağızadə saxlanılıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

