Anasını boğaraq öldürən gənc MƏHKƏMƏ QARŞISINDA
22-04-2015, 20:35. Разместил: heqiqet

Ağır Cinayətlər Məhkəməsində anasını boğaraq öldürməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü Hümbət Nağızadənin cinayət işi üzrə məhkəmə prosesinə start verilib.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı mayın 1-ə təyin olunub.
Qeyd edək ki, hadisə keçən il Xırdalan şəhəri 27-ci məhəllədə qeydə alınıb. Həmin ünvanda yaşayan, 1992-ci il təvəllüdlü Hümbət Elşən oğlu Nağızadə qısqanclıq zəminində anası, 1971-ci il təvəllüdlü Fatimə Oruc qızı Qurbanovanı boğaraq öldürüb.
Hadisəni törədən H. Nağızadə saxlanılıb.
Вернуться назад