Terrorda ölən Dilbərin ən böyük arzusu...
4-04-2017, 11:59. Разместил: heqiqet
Qeyd edilir ki, Dilbər çoxsaylı zədələrlə xəstəxanaya yerləşdirilib, aprelin 4-də dünyasını dəyişib. Həkimlər onun xəstəxanaya çox ağır vəziyyətdə çatdırıldığını bildiriblər.
***
10:34
“Sankt-Peterburqda metroda törədilən terror aktı nəticəsində bir azərbaycanlının öldüyü dəqiqləşib. Onun Azərbaycan vətəndaşı olub-olmadığı araşdırılır".
Bunu APA-nın Rusiya bürosuna Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Soltan Qasımov bildirib. Onun sözlərinə görə, həlak olan həmyerlimiz Dilbər Əliyeva dünən yaralı halda İ. Canelidze adına Elmi Tədqiqat İnstitutunun təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb: "Hazırda konsulluğumuzun əməkdaşları da ordadır".
09:53
Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş verən partlayış nəticəsində ölənlər arasında bir azərbaycanlının olduğu məlum olub.
Lent.az-ın məlumatına görə, diaspor.az saytına istinadən məlumatına görə, bu, 20 yaşlı Əliyeva Dilbarədir.
D. Əliyeva Sankt-Peterburq Dəmiryolu Universitetinin tələbəsi olub.
Məlumatı Sankt-Peterburq şəhərində Azərbaycan diasporunun fəallarından olan Orxan Məcidov təsdiqləyib.
Qeyd edək ki, aprelin 3-də Sankt-Peterburq metrosunda baş vermiş partlayışda 28 yaşlı azərbaycanlı Zaur Vəliyev ağır yaralanıb.
Вернуться назад