Terrorda ölən Dilbərin ən böyük arzusu...4-04-2017, 11:59
Çap et Qeyd edilir ki, Dilbər çoxsaylı zədələrlə xəstəxanaya yerləşdirilib, aprelin 4-də dünyasını dəyişib. Həkimlər onun xəstəxanaya çox ağır vəziyyətdə çatdırıldığını bildiriblər. *** 10:34 “Sankt-Peterburqda metroda törədilən terror aktı nəticəsində bir azərbaycanlının öldüyü dəqiqləşib. Onun Azərbaycan vətəndaşı olub-olmadığı araşdırılır". Bunu APA-nın Rusiya bürosuna Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Soltan Qasımov bildirib. Onun sözlərinə görə, həlak olan həmyerlimiz Dilbər Əliyeva dünən yaralı halda İ. Canelidze adına Elmi Tədqiqat İnstitutunun təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb: "Hazırda konsulluğumuzun əməkdaşları da ordadır". 09:53 Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş verən partlayış nəticəsində ölənlər arasında bir azərbaycanlının olduğu məlum olub. Lent.az-ın məlumatına görə, diaspor.az saytına istinadən məlumatına görə, bu, 20 yaşlı Əliyeva Dilbarədir. D. Əliyeva Sankt-Peterburq Dəmiryolu Universitetinin tələbəsi olub. Məlumatı Sankt-Peterburq şəhərində Azərbaycan diasporunun fəallarından olan Orxan Məcidov təsdiqləyib. Qeyd edək ki, aprelin 3-də Sankt-Peterburq metrosunda baş vermiş partlayışda 28 yaşlı azərbaycanlı Zaur Vəliyev ağır yaralanıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
