“3-4 ildir saxlayırdım, satsam çoxdan satardım, səhvə yol vermişəm” – Silah hazırlayan şəxs – VİDEO
30-06-2017, 15:05. Разместил: heqiqet
ARB TV xəbər verir ki, əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları Verdiyevi şübhəli şəxs qismində saxlayıblar.
Onun Daşkəsən qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən oradan iki müxtəlif çaplı odlu silah və onlara məxsus patronlar aşkarlanıb.
Saxlanılan Bakir Verdiyev uzun illərdir bu işlə məşğul olduğunu, ancaq tutduğu əməlin əslində cinayət tərkibi daşıdığını bilmədiyini deyib. Ahıl kişi əməlinə görə peşmanlığını da gizlətməyib.
Bakir Verdiyev - saxlanılan şəxs: “Bu günü fikirləşməmişəm. 3-4 ildir saxlayırdım. Satmaq fikrim olmayıb. Satsam çoxdan satardım. Səhvə yol vermişəm”.
Bakir Verdiyevin evindən aşkarlanan silahlardan hər hansı bir cinayət əməlində istifadə olunub-olunmadığını müəyyənləşdirmək üçün maddi sübutlar ekspertizaya təqdim edilib. Araşdırmalar gedir.
Вернуться назад