Demo Sayt » hadise » “3-4 ildir saxlayırdım, satsam çoxdan satardım, səhvə yol vermişəm” – Silah hazırlayan şəxs – VİDEO


“3-4 ildir saxlayırdım, satsam çoxdan satardım, səhvə yol vermişəm” – Silah hazırlayan şəxs – VİDEO

30-06-2017, 15:05
Çap et
“3-4 ildir saxlayırdım, satsam çoxdan satardım, səhvə yol vermişəm” – Silah hazırlayan şəxs – VİDEO Daşkəsən Rayon Polis Şöbəsinə 78 yaşlı Bakir Verdiyevin odlu silah hazırlaması barədə məlumat daxil olub.
ARB TV xəbər verir ki, əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları Verdiyevi şübhəli şəxs qismində saxlayıblar.
Onun Daşkəsən qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən oradan iki müxtəlif çaplı odlu silah və onlara məxsus patronlar aşkarlanıb.
Saxlanılan Bakir Verdiyev uzun illərdir bu işlə məşğul olduğunu, ancaq tutduğu əməlin əslində cinayət tərkibi daşıdığını bilmədiyini deyib. Ahıl kişi əməlinə görə peşmanlığını da gizlətməyib.
Bakir Verdiyev - saxlanılan şəxs: “Bu günü fikirləşməmişəm. 3-4 ildir saxlayırdım. Satmaq fikrim olmayıb. Satsam çoxdan satardım. Səhvə yol vermişəm”.
Bakir Verdiyevin evindən aşkarlanan silahlardan hər hansı bir cinayət əməlində istifadə olunub-olunmadığını müəyyənləşdirmək üçün maddi sübutlar ekspertizaya təqdim edilib. Araşdırmalar gedir.

Reytinq: