DataLife Engine > hadise > Paytaxtda yaşayış binasında yanğın - 34 nəfər təxliyə edilib

Paytaxtda yaşayış binasında yanğın - 34 nəfər təxliyə edilib


4-12-2017, 11:25. Разместил: heqiqet Paytaxtda yaşayış binasında yanğın - 34 nəfər təxliyə edilib Paytaxtda yaşayış binasında yanğın olub, 34 nəfər təxliyə edilib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 196 ünvanda 17 mərtəbəli yaşayış binanın 1-ci mərtəbəsindən 13-cü mərtəbəsinədək şaxtadan keçən elektrik kabelləri 50 p.m yanıb.
Yanğın zamanı tüstülənmiş mənzillərdən 34 nəfər təxliyə edilib. Təxliyə edilən şəxslərdən ikisi tüstüdən zəhərlənmiş halda xəstəxanaya aparılıb.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Вернуться назад