DataLife Engine > hadise > Vətəndaşlara 200 min manat "atan" şəxsə AĞIR CƏZA

Vətəndaşlara 200 min manat "atan" şəxsə AĞIR CƏZA


22-12-2017, 10:48. Разместил: heqiqet Vətəndaşlara 200 min manat "atan" şəxsə AĞIR CƏZA Vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən Elxan Babayevi cinayət işi üzrə məhkəmə başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, Elxan Babayev barəsində polis nəzarətində qətimkan tədbiri dəyişdirilib və 8 il azadlıqdan məhrum etmə cəzası verilib.
Elxan Babayev məhkəmə zalından həbs edilib.
Qeyd edək ki, ittihama görə, Elxan Babayev vətəndaşların etibarından sui-istifadə edərək adına etibarnamə ilə olan avtomobilləri sataraq dələduzluq edib. İş üzrə 3 zərərçəkən var. Ümumilikdə ziyan 200 min manatdan çoxdur.
Ona Cinayət Məcəlləsinin 178.3.2 ( külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib.
İstintaq və məhkəmə dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.
Вернуться назад