Vətəndaşlara 200 min manat "atan" şəxsə AĞIR CƏZA22-12-2017, 10:48
Çap et Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Elxan Babayev barəsində polis nəzarətində qətimkan tədbiri dəyişdirilib və 8 il azadlıqdan məhrum etmə cəzası verilib. Elxan Babayev məhkəmə zalından həbs edilib. Qeyd edək ki, ittihama görə, Elxan Babayev vətəndaşların etibarından sui-istifadə edərək adına etibarnamə ilə olan avtomobilləri sataraq dələduzluq edib. İş üzrə 3 zərərçəkən var. Ümumilikdə ziyan 200 min manatdan çoxdur. Ona Cinayət Məcəlləsinin 178.3.2 ( külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib. İstintaq və məhkəmə dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
