DataLife Engine > hadise > Bakıda kütləvi dava - 3 tələbə bıçaqlandı, biri döyüldü

Bakıda kütləvi dava - 3 tələbə bıçaqlandı, biri döyüldü


1-03-2019, 11:40. Разместил: heqiqet Bakıda kütləvi dava - 3 tələbə bıçaqlandı, biri döyüldü Gecə saatlarında paytaxtın Binəqədi rayonu, Aydınbəyov küçəsində kütləvi dava olub.
"Baku.tv” xəbər verir ki, bir qrup gənc arasında düşən mübahisə sonda dava ilə nəticələnib.
Dava zamanı 1999-cu il təvəllüdlü 3 nəfər - Vəlizadə Möhübbət, Zeynalov Abbas və Əliyev Zili bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıblar. 2000-ci il təvəllüdlü Rzayev Əhmədiyyə isə döyülüb.
Yaralılar 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Bıçaqlanan şəxslər Memarlıq və İnşaat Universitetinin tələbələridir.
Baş verən kütləvi dava ilə bağlı cinayət işi başlanıb.
Fevralın 28-də gecə saatlarında paytaxtın Binəqədi rayonu, Aydınbəyov küçəsində 3 tələbənin bıçaqlanması ilə bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci(qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb. Hazırda hadisəni törədən şəxslərin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Вернуться назад