Bakıda kütləvi dava - 3 tələbə bıçaqlandı, biri döyüldü1-03-2019, 11:40
Çap et "Baku.tv” xəbər verir ki, bir qrup gənc arasında düşən mübahisə sonda dava ilə nəticələnib. Dava zamanı 1999-cu il təvəllüdlü 3 nəfər - Vəlizadə Möhübbət, Zeynalov Abbas və Əliyev Zili bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıblar. 2000-ci il təvəllüdlü Rzayev Əhmədiyyə isə döyülüb. Yaralılar 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Bıçaqlanan şəxslər Memarlıq və İnşaat Universitetinin tələbələridir. Baş verən kütləvi dava ilə bağlı cinayət işi başlanıb. Fevralın 28-də gecə saatlarında paytaxtın Binəqədi rayonu, Aydınbəyov küçəsində 3 tələbənin bıçaqlanması ilə bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci(qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb. Hazırda hadisəni törədən şəxslərin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
