Sumqayıtda marşrut avtobusunda yanğın oldu
2-06-2019, 19:55. Разместил: heqiqet
Bu gün Sumqayıtda marşrut avtobusunda yanğın olub.Şəhərin Heydər Əliyev prospekti ilə 7 nömrəli marşrut xətti ilə hərəkət edən avtobus qəfildən alışmağa başlayıb.
Sürücü avtobusu saxlamağa müvəffəq olub və nəqliyyat vasitəsində olan sərnişinlər dərhal düşürülüb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib və yanğının avtobusun digər hissələrinə keçməsinin qarşısı alınıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Вернуться назад