Demo Sayt » hadise » Sumqayıtda marşrut avtobusunda yanğın oldu


Sumqayıtda marşrut avtobusunda yanğın oldu

2-06-2019, 19:55
Çap et
Sumqayıtda marşrut avtobusunda yanğın oldu Bu gün Sumqayıtda marşrut avtobusunda yanğın olub.
Şəhərin Heydər Əliyev prospekti ilə 7 nömrəli marşrut xətti ilə hərəkət edən avtobus qəfildən alışmağa başlayıb.
Sürücü avtobusu saxlamağa müvəffəq olub və nəqliyyat vasitəsində olan sərnişinlər dərhal düşürülüb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib və yanğının avtobusun digər hissələrinə keçməsinin qarşısı alınıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Reytinq: