İki qardaş bıçaqlandı, onlardan biri öldü
31-08-2015, 11:41. Разместил: heqiqet
Suraxanı Rayon Prokurorluğundan verilən məlumata görə, Bakının Suraxanı rayonu ərazisində 1991-ci il təvəllüdlü İbrahim Dadaşov yaşadığı evin qarşısında mübahisə zəminində Suraxanı rayon sakinləri Elşən və Elçin İsrafilov qardaşlarına çoxsaylı bıçaq zərbələri ilə xəsarət yetirib. Yaralıların hər ikisi 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Lakin həkimlərin səyinə baxmayaarq qardaşlardan birinin, 1985-ci il təvəllüdlü Elşən İsrafilovun həyatını xilas edə bilməyiblər.
Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq-əməliyyat işləri aparılır.
Вернуться назад