Demo Sayt » hadise » İki qardaş bıçaqlandı, onlardan biri öldü


İki qardaş bıçaqlandı, onlardan biri öldü

31-08-2015, 11:41
Çap et
İki qardaş bıçaqlandı, onlardan biri öldü Bakı sakini iki qardaşı bıçaqlayıb, onlardan biri ölüb.
Suraxanı Rayon Prokurorluğundan verilən məlumata görə, Bakının Suraxanı rayonu ərazisində 1991-ci il təvəllüdlü İbrahim Dadaşov yaşadığı evin qarşısında mübahisə zəminində Suraxanı rayon sakinləri Elşən və Elçin İsrafilov qardaşlarına çoxsaylı bıçaq zərbələri ilə xəsarət yetirib. Yaralıların hər ikisi 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Lakin həkimlərin səyinə baxmayaarq qardaşlardan birinin, 1985-ci il təvəllüdlü Elşən İsrafilovun həyatını xilas edə bilməyiblər.
Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq-əməliyyat işləri aparılır.
Reytinq: