Demo Sayt » hadise » Qaynını öldürmək istəyən şəxsə 7 İL HƏBS


Qaynını öldürmək istəyən şəxsə 7 İL HƏBS

30-07-2015, 17:17
Çap et
Qaynını öldürmək istəyən şəxsə 7 İL HƏBS Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Namiq Hacıağayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Namiq Hacıağayev 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayının 3-də Maştağa qəsəbəsində baş verib. Maştağa qəsəbəsi, Subtropik Sovxozu, 20 saylı evin qarşısında 1987-ci il təvəllüdlü Namiq Hacıağayevlə qaynı, 1992-ci il təvəllüdlü Natiq İsayev arasında mübahisə yaranıb. Mübahisə zamanı Namiq Hacıağayev Natiq İsayevə bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.
Reytinq: