DataLife Engine > hadise > Bakıda nazirlik binasında dəhşət: tələbə qız 9-cu mərtəbədən yıxıldı

Bakıda nazirlik binasında dəhşət: tələbə qız 9-cu mərtəbədən yıxıldı


18-12-2015, 18:16. Разместил: heqiqet Bakıda nazirlik binasında dəhşət: tələbə qız 9-cu mərtəbədən yıxıldı Faktla bağlı cinayət işi açılıb
Bakı şəhər Prokurorluğu Yasamalda baş vermiş bədbəxt hadisə ilə bağlı məlumat yayıb. Prokurorluqdan daxil olan məlumatda bildirilir ki, dekabrın 17-də saat 11 radələrində 1998-ci il təvəllüdlü, 1 saylı Bakı Tibb Kollecinin tələbəsi Esmira Əhmədova Səhiyyə Nazirliyinin paytaxtın Yasamal rayonunda yerləşən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin inzibati binasının 9-cu mərtəbəsindən yük liftinin şaxtasına yıxılaraq 1-ci mərtəbədə dayanmış vəziyyətdə olan liftin üzərinə düşüb. E.Əhmədova aldığı xəsarətlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Вернуться назад