Bakıda nazirlik binasında dəhşət: tələbə qız 9-cu mərtəbədən yıxıldı18-12-2015, 18:16
Çap et Faktla bağlı cinayət işi açılıb Bakı şəhər Prokurorluğu Yasamalda baş vermiş bədbəxt hadisə ilə bağlı məlumat yayıb. Prokurorluqdan daxil olan məlumatda bildirilir ki, dekabrın 17-də saat 11 radələrində 1998-ci il təvəllüdlü, 1 saylı Bakı Tibb Kollecinin tələbəsi Esmira Əhmədova Səhiyyə Nazirliyinin paytaxtın Yasamal rayonunda yerləşən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin inzibati binasının 9-cu mərtəbəsindən yük liftinin şaxtasına yıxılaraq 1-ci mərtəbədə dayanmış vəziyyətdə olan liftin üzərinə düşüb. E.Əhmədova aldığı xəsarətlərlə əlaqədar xəstəxanaya yerləşdirilib. Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Faktla bağlı cinayət işi açılıb