Bakıda işgəncə ilə öldürülən şəxs iş adamı imiş
8-01-2016, 11:51. Разместил: heqiqet
Dünən Bakının Nizami rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. R.Rüstəmov küçəsi bina 4, mənzil 46 ünvanında xüsusi amansızlıqla qətlə yetirilmiş 1982-ci il təvəllüdlü Abbasov Fərid Vahid oğlu sahibkarlıq fəaliyyəti ilə məşğul olub.Dünən meyiti tapılarkən F.Abbasovun əl və ayaqları bağlı olub. Onun üzərində döyülməyə xas olan çoxsaylı xəsarətlər aşkarlanıb. Xəsarətlər o qədər ağır olub ki, iş adamının bədəninin müxtəlif nahiyələrindən qan açılıb.
O da məlum olub ki, F.Abbasov hadisənin baş verdiyi mənzildə yaşayırmış.
Hazırda dəhşətli qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanması istiqamətində iş aparılır.
Вернуться назад