Demo Sayt » hadise » Bakıda işgəncə ilə öldürülən şəxs iş adamı imiş


Bakıda işgəncə ilə öldürülən şəxs iş adamı imiş

8-01-2016, 11:51
Çap et
Bakıda işgəncə ilə öldürülən şəxs iş adamı imiş Dünən Bakının Nizami rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. R.Rüstəmov küçəsi bina 4, mənzil 46 ünvanında xüsusi amansızlıqla qətlə yetirilmiş 1982-ci il təvəllüdlü Abbasov Fərid Vahid oğlu sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
Dünən meyiti tapılarkən F.Abbasovun əl və ayaqları bağlı olub. Onun üzərində döyülməyə xas olan çoxsaylı xəsarətlər aşkarlanıb. Xəsarətlər o qədər ağır olub ki, iş adamının bədəninin müxtəlif nahiyələrindən qan açılıb.
O da məlum olub ki, F.Abbasov hadisənin baş verdiyi mənzildə yaşayırmış.
Hazırda dəhşətli qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanması istiqamətində iş aparılır.
Reytinq: