Azərbaycanda arvadı ölən kişi damarlarını doğradı
2-02-2016, 10:48. Разместил: heqiqet 62 yaşlı kişi: "Onsuz yaşaya bilmirəm".
Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, şəhərin Sevil Qazıyeva küçəsi, 4-cü dalan ev 18 ünvanında yaşayan şəhər sakini, 1954-cü il təvəllüdlü Xanlar Kazım oğlu Əmirov sirkə turşusundan zəhərlənmə və hər iki bilək nahiyəsinin doğranması diaqnozu ilə xəstəxanaya gətirilib. Dərhal zəhərlənməyə qarşı tibbi yardım göstərilən və kəsilmiş biləklərinin damarları tikilən kişi reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlər Xanlar Əmirovun vəziyyətini orta ağır qiymətləndirirlər.
62 yaşlı kişi özünü öldürmək istəməsinə səbəb kimi bir müddət əvvəl həyat yoldaşının vəfat etməsini və onsuz yaşaya bilmədiyini göstərib.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Bundan əvvəl bənzər hadisə Quba rayonunda qeydə alınıb. 54 yaşlı kişi həyat yoldaşına görə özünü öldürüb.
Rayon sakini, 1960-cı il təvəllüdlü İmran İsgəndərov yaşadığı evdə özünü asıb. Araşdırmalar zamanı məlum olub ki, özünü asan kişinin bir müddət öncə həyat yoldaşı dünyasını dəyişib. Bu ayrılığa dözməyən İmran İsgəndərov tezliklə onunla görüşmək istədiyini bildirib.
İmran İsgəndərov həyat yoldaşı olmadan yaşaya bilmədiyini bildirib. Bu səbəbdən o, özünə qəsd edib.
Вернуться назад