Demo Sayt » hadise » Azərbaycanda arvadı ölən kişi damarlarını doğradı


Azərbaycanda arvadı ölən kişi damarlarını doğradı

2-02-2016, 10:48
Çap et
62 yaşlı kişi: "Onsuz yaşaya bilmirəm".
Azərbaycanda arvadı ölən kişi damarlarını doğradı Gəncədə intihara cəhd hadisəsi baş verib. Kişi intihar məqsədilə öz damarlarını kəsib.
Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, şəhərin Sevil Qazıyeva küçəsi, 4-cü dalan ev 18 ünvanında yaşayan şəhər sakini, 1954-cü il təvəllüdlü Xanlar Kazım oğlu Əmirov sirkə turşusundan zəhərlənmə və hər iki bilək nahiyəsinin doğranması diaqnozu ilə xəstəxanaya gətirilib. Dərhal zəhərlənməyə qarşı tibbi yardım göstərilən və kəsilmiş biləklərinin damarları tikilən kişi reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlər Xanlar Əmirovun vəziyyətini orta ağır qiymətləndirirlər.
62 yaşlı kişi özünü öldürmək istəməsinə səbəb kimi bir müddət əvvəl həyat yoldaşının vəfat etməsini və onsuz yaşaya bilmədiyini göstərib.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Bundan əvvəl bənzər hadisə Quba rayonunda qeydə alınıb. 54 yaşlı kişi həyat yoldaşına görə özünü öldürüb.
Rayon sakini, 1960-cı il təvəllüdlü İmran İsgəndərov yaşadığı evdə özünü asıb. Araşdırmalar zamanı məlum olub ki, özünü asan kişinin bir müddət öncə həyat yoldaşı dünyasını dəyişib. Bu ayrılığa dözməyən İmran İsgəndərov tezliklə onunla görüşmək istədiyini bildirib.
İmran İsgəndərov həyat yoldaşı olmadan yaşaya bilmədiyini bildirib. Bu səbəbdən o, özünə qəsd edib.
Reytinq: