İtkin düşdü bildilər, qətlə yetirilib basdırılıb
3-03-2016, 13:52. Разместил: heqiqet
Fevralın 25-də itkin düşmüş Gəncə şəhər sakininin qətlə yetirildiyi məlum olub.Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 2-də Göygöl RPŞ-yə fevralın 25-də itkin düşmüş Gəncə şəhər sakini Eldar Əliyevin rayonun Balçılı kəndində küt alətlə qətlə yetirilib basdırılması barədə məlumat daxil olub.
E.Əliyevin meyiti eksqumasiya edilib.
Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Balçılı kənd sakinləri Cavid Cəfərov və Cinayət Məcəlləsinin 144 və 182-ci maddələri ilə axtarışda olan Qoçu Kərimov tutulub, digər 2 nəfər isə müəyyən edilib.
Araşdırmalar aparılır.
Вернуться назад