İtkin düşdü bildilər, qətlə yetirilib basdırılıb3-03-2016, 13:52
Çap et Fevralın 25-də itkin düşmüş Gəncə şəhər sakininin qətlə yetirildiyi məlum olub.Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 2-də Göygöl RPŞ-yə fevralın 25-də itkin düşmüş Gəncə şəhər sakini Eldar Əliyevin rayonun Balçılı kəndində küt alətlə qətlə yetirilib basdırılması barədə məlumat daxil olub. E.Əliyevin meyiti eksqumasiya edilib. Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Balçılı kənd sakinləri Cavid Cəfərov və Cinayət Məcəlləsinin 144 və 182-ci maddələri ilə axtarışda olan Qoçu Kərimov tutulub, digər 2 nəfər isə müəyyən edilib. Araşdırmalar aparılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Fevralın 25-də itkin düşmüş Gəncə şəhər sakininin qətlə yetirildiyi məlum olub.