Demo Sayt » hadise » 53 yaşlı Gəncə sakininin meyidi meşədən tapılıb


53 yaşlı Gəncə sakininin meyidi meşədən tapılıb

3-03-2016, 09:45
Çap et
53 yaşlı Gəncə sakininin meyidi meşədən tapılıb
Bir neçə gün əvvəl yoxa çıxan Gəncə şəhər sakinin Göygöldə qətlə yetirilərək basdırıldığı məlum olub.
Rayon hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir həftə əvvəl itkin düşən Gəncə şəhər sakini, 53 yaşlı Eldar Əliyevin meyiti rayonun Axarca kəndi ərazisində yerləşən meşə massivində basdırılmış halda aşkarlanıb.
Məlumata görə, o Cavid adlı Göygöl rayon sakini tərəfindən bir həftə əvvəl qətlə yetirilərək orada basdırılıb. Cinayəti törədən şəxs saxlanılıb.
Məlumata görə, cinayət törədilən zaman ərazidə bir neçə nəfər olub.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma davam edir.
Reytinq: