DataLife Engine > hadise > Tanınmış yazıçının oğlunun məhkəməsi keçirilib

Tanınmış yazıçının oğlunun məhkəməsi keçirilib


11-01-2017, 14:03. Разместил: heqiqet Tanınmış yazıçının oğlunun məhkəməsi keçirilib Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış yazıçı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesə şahid Kazım Əlizadə gəlməyib. Şahidin Azərbaycanda olmadığı bildirilib.
Hakim deyib ki, K.Əlizadənin məhkəməyə gətirilməsi barədə məcburi qərar qəbul edilib: "Polis arayış versin ki, Kazım Əlizadə Azərbaycandan kənara çıxıb, yaxud çıxmayıb".
Prokuror vəsatət verərək məhkəmə istintaqının tamamlanmasını istəyib. Hakimlər prokurorun vəsatətini təmin etməyib.
Proses yanvarın 18-də davam edəcək.
Qeyd edək ki, 4 vətəndaşdan 60 min manatdan çox pulu dələduzluq yolu ilə alan Ə.Kərimzadə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilir.
Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Ə.Kərimzadə ilk dəfə 2012-ci ilin avqustunda həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail rayon Polis İdarəsinin 9-cu bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlu onun 12 min manat pulunu mənimsəyib.
2012-ci il noyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Ə.Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar. Məhkəmə hökm zamanı təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödəmələrini yüngülləşdirici hal kimi qiymətləndirib.
Вернуться назад