Tanınmış yazıçının oğlunun məhkəməsi keçirilib11-01-2017, 14:03
Çap et Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesə şahid Kazım Əlizadə gəlməyib. Şahidin Azərbaycanda olmadığı bildirilib. Hakim deyib ki, K.Əlizadənin məhkəməyə gətirilməsi barədə məcburi qərar qəbul edilib: "Polis arayış versin ki, Kazım Əlizadə Azərbaycandan kənara çıxıb, yaxud çıxmayıb". Prokuror vəsatət verərək məhkəmə istintaqının tamamlanmasını istəyib. Hakimlər prokurorun vəsatətini təmin etməyib. Proses yanvarın 18-də davam edəcək. Qeyd edək ki, 4 vətəndaşdan 60 min manatdan çox pulu dələduzluq yolu ilə alan Ə.Kərimzadə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilir. Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Ə.Kərimzadə ilk dəfə 2012-ci ilin avqustunda həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail rayon Polis İdarəsinin 9-cu bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlu onun 12 min manat pulunu mənimsəyib. 2012-ci il noyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Ə.Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar. Məhkəmə hökm zamanı təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödəmələrini yüngülləşdirici hal kimi qiymətləndirib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
