Demo Sayt » hadise » Prokuror qadınları qarət edən şəxsə 10 il cəza istədi


Prokuror qadınları qarət edən şəxsə 10 il cəza istədi

11-01-2017, 14:02
Çap et
Prokuror qadınları qarət edən şəxsə 10 il cəza istədi Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Rəşad Məlikovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə məhkəmə istintaqının yekunlaşdığı elan edilib.
Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 10 il azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün vaxt istəyib və iş üzrə məhkəmə prosesi yanvarın 16-a təyin edilib.
Qeyd edək ki, 2016-cı ilin iyun ayında R.Məlikov Nəsimi rayonu ərzisində 6 qadına qarşı soyğunçuluq etməkdə təqsirli bilinib. O, həmin qadınların qızıl-zinət əşyalarını ələ keçirməkdə şübhəli bilinərək, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən saxlanılıb. R.Məlikov Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə ittiham olunur.
Reytinq: